Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib

20:22 - 25 / 01 / 2016
Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sadələşdirilmiş viza rəsmiləşdirilməsi Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında tətbiq ediləcək.

Məlumatda bildirilir ki, bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir.

1news.az

Paylaş:
977

Son xəbərlər

Bütün xəbərlər