Azərbaycan XİN-i Tayvanda keçirilmiş regional seçkilərə münasibət bildirib
“Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Tayvanda keçirilmiş regional seçkilərlə əlaqədar KİV-in sorğusunu cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycan vahid Çin prinsipinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə inkişafını və nizamlanmasını dəstəkləyir.
1news.az
740