Pekin Ukraynadan Xəzər dənizi vasitəsilə Çin dəmir yolu marşrutunun açılmasını alqışlayır | 1news.az | Xəbərlər
Siyasət

Pekin Ukraynadan Xəzər dənizi vasitəsilə Çin dəmir yolu marşrutunun açılmasını alqışlayır

21:33 - 25 / 01 / 2016
Pekin Ukraynadan Xəzər dənizi vasitəsilə Çin dəmir yolu marşrutunun açılmasını alqışlayır

Rəsmi Pekin Pekin Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun açılmasını alqışlayır.

Sinxua agentliyinin yaydığı məlumata görə, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin mətbuat konfransında bəyan edib.

O deyib ki, Avrasiya ölkələri İpək Yolu iqtisadi kəmərinin tikintisində fəal iştirak edir və dəstəkləyir. Xua Çunin bildirib ki, son illər Trans-Sibir dəmir yolu magistralı və yeni Avrasiya transkontinental dəmir yolu xətti əsasında müvafiq ölkələr bəzi yük dəmir yolu marşrutları açıblar. Bu, bir çox hallarda infrastruktur əlaqələrinin möhkəmləndirilməsinə və İpək Yolu iqtisadi kəmərinin yaradılması çərçıvəsində azad ticarət zonasının inkişafına və güclənməsinə kömək edir.

Xatırladaq ki, 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət bərə keçidlərini və quru yolu əhatə edən sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Azərbaycana yanvarın 22-si axşam çatmış və elə həmin gün “Azərbaycan” bərəsi ilə Qazaxıstanın Aktau limanına yola salınmışdı. Bu marşrutla Çinə dəmir filizi, Ukraynaya isə tikinti materialları və istehlak malları daşınması nəzərdə tutulub.

1news.az

 

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər