Bu gün AŞPA-nın qış sessiyası başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün AŞPA-nın qış sessiyası başlayır

09:48 - 25 / 01 / 2016
Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

Yanvarın 29-dək davam edəcək sessiyanın gündəliyinə Azərbaycanla bağlı iki məsələ salınıb. Bunlardan biri Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və digəri isə Militsa Markoviçin hazırladığı Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihələridir.

Bu müzakirələr yanvarın 26-da baş tutacaq.

Həmçinin sessiya boyunca Avropada miqrasiya və qaçqın böhranı, beynəlxalq terrorizm və ona qarşı mübarizə də müzakirə ediləcək.

Assambleyada bir il müddətinə və bir dəfə təkrar seçilmək haqqı olan AŞPA prezidenti seçiləcək. Yeni prezident Ann Brassörü əvəzləyəcək.

APA

Paylaş:
1110

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər