Azərbaycanın millət vəkili Avropa Şurasının baş katibinə sərt sual ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın millət vəkili Avropa Şurasının baş katibinə sərt sual ünvanlayıb

09:43 - 27 / 01 / 2016
Azərbaycanın millət vəkili Avropa Şurasının baş katibinə sərt sual ünvanlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş katib Torbörn Yaqlandın hesabat məruzəsi dinlənilib və o, ayrı-ayrı deputatların suallarına cavab verib.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualı xüsusi sərtliyi ilə seçildi ki, bu da səbəbsiz deyildi. Son dövrlərdə Avropa Şurası baş katibinin Azərbaycanla əlaqədar atdığı bir sıra addımlarda başqa üzv ölkələrlə müqayisədə daha kəskin və müəyyən dərəcədə qeyri-obyektiv yanaşmalar hiss edilməkdədir.Bütün bunları nəzərə alaraq Rafael Hüseynov T.Yaqlanda belə bir sərt sualla müraciət edib:

“Biz Assambleyada hər hansı problem üzrə məruzəçi təyin olunanda elan edirik ki, bu məsələdə maraqlarımızın toqquşması yoxdur. Bu, müəyən mənada bir deputat andı kimidir. Baş katib olduğunuzdan belə bir andiçmə sizin fəaliyyətinizə daha çox uyğundur. Lakin müşahidələr göstərir ki, siz heç də bütün üzv ölkələrə eyni meyarlarla yanaşmırsınız. Hətta belə təsəvvür yaranır ki, hansısa ölkəyə qarşı daha sərt, hansısa ölkəyə qarşı daha mülayim münasibət bəsləyirsiniz.

Məsələn, Avropa Şurasının nizamnamə tələblərini ardıcıl olaraq pozan, terrorizmi dövlət siyasətinə çevirən, hər an hüquqları tapdalanan vətəndaşlarının etirazları səngimək bilməyən Ermənistanı nə şəkildəsə cilovlamaq, düzgün yola gətirmək üçün indiyədək bir dəfə də səsinizi çıxarmamısınız. Azərbaycana qarşı isə kifayət qədər fəalsınız. Azərbaycana münasibətdə də qayğıkeşliyiniz təəssüf ki, bütün ölkə vətəndaşlarına deyil, sizə lazım olan bir və bir neçə nəfərə yönəlib.

Konkret bir şəxsi xüsusi canfəşanlıqla və ardıcıllıqla müdafiə edərək təxminən eyni vəziyyətdə olan başqaları haqda susmanız burada sizin hansısa şəxsi maraqlarınız olmasından xəbər verir. Sualım budur: sizin səmimiyyətə necə inanaq?”

Sualı cavablandıran baş katib Ermənistanı da diqqətdə saxlaması ilə bağlı ümumi sözlər söylədikdən sonra bildirdi ki, həmin ölkədə olan qüsurların, insan haqları ilə bağlı pozuntuların aradan qaldırılması, ölkədə demokratiya istiqamətində islahatların aparılması üçün gələcəkdə daha artıq səylər göstərməyə çalışacaq.

T.Yaqland R.Hüseynovun kəskin sualının qarşısında müəyyən qədər özünəbəraət kimi səslənən belə bir fikir də işlətdi ki, üzv ölkələrin Avropa Şurasına nə vaxt qəbul edilməsindən asılı olmayaraq, məqsədi onların hər birinə eyni cür münasibət bəsləməkdir.

1news.az

Paylaş:
720

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər