Aşqabadda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işçi qrupun iclası keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Aşqabadda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işçi qrupun iclası keçirilir

20:35 - 28 / 01 / 2016
Aşqabadda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işçi qrupun iclası keçirilir

Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 43-cü iclası keçirilir.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir. Azərbaycanın Türkmənistandakı səfirliyinin məlumatına görə, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Rusiya Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov, Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atacanov, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlər.

İclasın açılışında çıxış edən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov xüsusi işçi qrupun rəhbərlərinə və üzvlərinə minnətdarlığını bildirib, uğurlar arzulayıb.

Xələf Xələfov çıxış edərək bildirib ki, işçi qrup ötən dövr ərzində böyük işlər görüb və Konvensiyanın layihəsinin bütün əsas vəziyyətlərinin uyğunlaşdırılması üçün birgə səy göstərib. İşçi qrupun iclası çərçivəsində ekspert fikir mübadiləsinin formatında ayrı-ayrı tematik məsələlərin müzakirəsi səmərəli olacaq və ümumi razılıqlarla bağlı nailiyyətə imkan yaradacaq. Bununla əlaqədar müvafiq məqsədlər üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi ilə çıxış xətlərinin qurulması metodikası üzrə ekspert fikir mübadiləsinin davam etdirilməsi zəruridir. Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində həllinin tərəfdarıdır.

Nazir müavini Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyasının daimi katibliyi ilə bağlı məsələlərin vacibliyini də qeyd edib.

İclasın açılışında Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da iştirak edib.

1news.az

 

Paylaş:
618

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər