Türkiyə Azərbaycanın Daxili Qoşunlarının inkişafına dəstək olmağa hazırdır
Türkiyə Azərbaycan Daxili Qoşunlarının gələcək inkişafına lazım olan hər bir köməyi göstərməyə hazırdır.
Azərbaycan DİN Daxili Qoşunlarının Mətbuat xidmətindən 1news.az verilən məlumata görə, bu haqda Türkiyənin Azərbaycandakı hərbi attaşesi Hərbi əməkdaşlıq üzrə koordinasiya qərargahının rəhbəri general-mayor İhsan Başbozqurd Azərbaycan daxili işlər nazirinin müavini Daxili Qoşunların rəhbəri Şahin Məmmədovla görüşü zamanı bildirib.
Görüşdə general- leytenant Məmmədov Azərbaycan və Türkiyə arasındakı sız əməkdaşlıq əlaqələrinə toxunub və qeyd edib ki, hərbi sferada da bu əlaqələr yüksək səviyyədədir.
Öz növbəsində Başbozqurd da iki qurum arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğundan məmnunluğunu bildirib. O, qeyd edib ki, Türkiyə hər zaman Azərbaycana yardım göstərməyə hazırdır.
Görüşün sonunda Türkiyədən gələn qonağa üzərində Azərbaycan DİN Daxili Qoşunlarının emblemi olan hədiyyə təqdim olunub.
1news.az