Səməd Seyidov AŞPA-dakı vəzifəsindən uzaqlaşdırılması haqqında KİV-lərdə yayılan xəbəri təkzib etdi
Mənim AŞPA-da Azərbaycan Nümayəndə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmağımla bağlı xəbər həqiqətə uyğun deyil.
Bu haqda Milli Məclisin deputatı, parlamentin beynəlxalq və parlamentlərarası münasibətlər üzrə komtəsinin sədri Səməd seyidov bildirib.
Xatırladaq ki, daha əvvəl KİV-lərdə Səməd Seyidovun AŞPA-da Azərbaycan Nümayəndə Heyətinin sədri vəzifəsindən uzalaşdırılması haqqında xəbər yayılmışdı. Qeyd olunurdu ki, Səməd Seyidovu yanvar sessiyası zamanı deputat Vüsal Heseynov əvəz edib.
26 yanvardakı səsverməsi zamanı AŞPA dequtatları britaniyalı parlamentati Robert Uolterin “ Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində əhalinin zorakılğa uğraması” haqqında məruzəsi qəbul olunmayıb. Sənədin qəbul olunmamasına səbəb 66 nəfərin leyihə, 70 nəfərin isə sənədin əleyhinə səs verməsi olub.
Lakin bosniyalı parlaentari M.Markoviçin “Azərbaycanın sərhədyanı əhalisinin suyunun qəsdən kəsilməsi” ilə bağlı məruzəsi (Sərsəng su anbarı haqqında) isə qəbul olunub. Sənəd müəyyən dəyişikliklərələ ( 21 dəyişiklik) qəbul olunub.
1news.az