Elmar Məmmədyarov Bakıda səfərdə olan yunanıstanlı həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Bakıda səfərdə olan yunanıstanlı həmkarı ilə görüşüb

22:16 - 02 / 02 / 2016
Elmar Məmmədyarov Bakıda səfərdə olan yunanıstanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı Nikos Kotziasla görüşüb.

1news.az-ın məlumatına görə, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Azərbaycanın XİN rəhbəri E.Məmmədyarov bldirib ki, Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri N.Kotzisi qəbul edib. Sonra XİN-də görüş olub: 

“Təkbətək və geniş tərkibli görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropada miqrasiya böhranı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr apardıq”.

Beynəlxalq təşkilatlarda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunduğunu deyən E.Məmmədyarovun sözlərinə görə, enerji məsələləri də danışıqların əsas müzakirə mövzularındfan olub:

“Azərbaycan enerji sahəsində Yunanıstanla əməkdaşlıq edir. Məlum olduğu kimi, Transadriatik boru kəməri Yunanıstanın ərazisindən keçəcək”.

E.Məmmədyarov Rusiya ilə Türkiyə arasında baş verən son hadisələrə də toxunub:

“İki ölkə arasında baş verən son hadisələrdən narahatıq. Həm Türkiyə, həm də Rusiya ilə strateji əlaqələrimiz var, ən böyük ticarət tərəfdaşlarımızdır. Azərbaycan səylər göstərir ki, bu böhrandan çıxış yolu tapaq”.

Yunanıstanın xarici işlər naziri N.Kotzis də Azərbaycanla əlaqələrə önəm verdiklərini deyib:

“Azərbaycanda ilk səfərimdir. Bakıda olmağıma çox şadam. Yunanıstan həm coğrafi, həm də mədəni baxımdan Azərbaycanın tərəfdaşıdır”. 

N.Kotzis Azərbaycan qazının Yunanıstan üçün böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb:

“Enerji dəhlizi baxımından çox həssas bir yerdə yerləşirik. Ümidvaram ki, növbəti iki ildə Azərbaycanın qazını ala və Avropaya ötürə biləcəyik”.

1news.az

Paylaş:
622

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər