Sarayevoda lV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə xüsusi toplantı keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Sarayevoda lV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə xüsusi toplantı keçirilib

09:35 - 03 / 02 / 2016
Sarayevoda lV Qlobal Bakı  Forumuna hazırlıq məqsədi ilə xüsusi toplantı keçirilib

Sarayevoda lV Qlobal Bakı  Forumuna hazırlıq məqsədi ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü  Mladen İvaniçin dəstəyi ilə “Dinlərarası dialoq və ekstremizmə cavab” mövzusunda xüsusi toplantı keçirilib.

1news.az-ın məlumatına görə, toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü  Mladen İvaniç, Nizami Gəncəvi  Beynəlxalq Mərkəzinin həmsədri və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Norveçin  sabiq Baş naziri, Oslo Sülh İnstitutunun direktoru Maqne Bondevik, Bosniya ve Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija, o cümlədən xarici təşkilatların və  səfirliklərin nümayəndələri iştirak edib.

Tədbirin moderatoru, Bosniya ve Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija çıxışında bildirib ki, Nizami Gəncəvi  Beynəlxalq Mərkəzi  Madrid Klubu və Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu ilə birgə uzun bir yol qət edib.

“Bu proses 2013-cü ildə Bakıda başlayıb və Madriddə, Romada, İsgəndəriyyədə, Andorrada bununla əlaqəli konfranslar keçirilib. Növbəti Forum isə mart ayında Bakıda keçiriləcəkdir”- deyə, sabiq baş nazir bildirib.

Toplantıda İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Oslo Sülh Institutunun direktoru Maqne Bondevik də çıxış edib.

Qeyd edək ki, toplantı martın 10-11-i tarixində keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyırdı.

1news.az

Paylaş:
562

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər