Azərbaycanlı Rusiyanın Dövlət Duması deputatının köməkçisi təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı Rusiyanın Dövlət Duması deputatının köməkçisi təyin edilib

14:55 - 04 / 02 / 2016
Azərbaycanlı Rusiyanın Dövlət Duması deputatının köməkçisi təyin edilib

RF Federal Məclisinin Dövlət Dumasının deputatı, Millətlər Məsələləri üzrə Komitənin sədri Hacımet Səfərəliyev Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayəti üzrə icraçı direktoru, “Xalqlar dostluğu” Xeyriyyə Fondunun prezidenti, Komitənin Ekspert Şurasının üzvü Araz Mürsəliyevi Dövlət Dumasında iş üzrə özünün ictimai əsaslarla köməkçisi təyin edib.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.

H.Səfərəliyev A.Mürsəliyevin milli birliklərlə iş sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edib və millətlərarası münasibətlərin əlaqələndirilməsi məsələləri üzrə ictimai təşkilatlar və etnomədəni birliklərlə fəal əməkdaşlığı davam etdirməyi tapşırıb.

1news.az

Paylaş:
690

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər