Azərbaycan ombudsmanı Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ombudsmanı Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb

16:35 - 05 / 02 / 2016
Azərbaycan ombudsmanı Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Meksikanın ölkəmizə təyin edilmiş səfiri Rodrigo Labardini ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşdə səfirə Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Dövlət qurumları və vətəndaş cəmiyyəti, QHT-lərlə yanaşı, beynəlxalq təşkilatlarla insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu qeyd edib.

Müvəkkil dövlətimizin başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyini diqqətə çatdırıb. Uğurla həyata keçirilən bu mühüm sənədin insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığını vurğulayıb. Ombudsman bu proqramın icrası ilə bağlı respublikanın bütün rayonlarında ictimai dinləmələrin keçirildiyini bildirib.

Azərbaycan Prezidenti tərəfindən son illərdə 60 əfv fərmanın imzalandığını deyən E.Süleymanova söyləyib ki, Milli Məclis isə 10 amnistiya aktını təsdiqləyib.

Səfir Azərbaycan Ombudsmanı ilə Meksika Ombudsmanı arasında əməkdaşlığın önəmli olduğunu qeyd edib. Diplomat Ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli, uğurlu fəaliyyət göstərdiyini vurğulayıb, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

1news.az

Paylaş:
676

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər