Ramil Usubov Əfqanıstan səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ramil Usubov Əfqanıstan səfiri ilə görüşüb

17:36 - 05 / 02 / 2016
Ramil Usubov Əfqanıstan səfiri ilə görüşüb

Daxili işlər naziri Ramil Usubov fevralın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili qəbul edib.

1news.az-ın məlumatına görə, qonağı salamlayan nazir iki  ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu, Əfqanıstan İslam Respublikasının Prezidentinin ötən ilin sonlarında ölkəmizə səfərinin əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildirib.

Daha sonra cənab R.Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud krirminogen durum, eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi barədə qısa məlumat verib.

Qeyd olunub ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında ölkəmizdə köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar həyata keçirilib, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin təmini istiqamətində atılmış qətiyyətli addımlar nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti nəzarətə götürülüb. 

Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə  xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

O da bildirilib ki, ölkəmizin sürətli inkişafını şərtləndirən əsas amillərdən olan ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrin qazanılması bir tərəfdən şəxsi heyətin peşəkarlığının artırılması, hüquq-mühafizə oqanlarının əlaqəli fəaliyyəti, digər tərəfdən yeni informasiya texnologiyalarının geniş tətbiqi nəticəsində mümkün olub. Bu məqsədlə son illər mötəbər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 6000-dən çox əməkdaş iştirak edib. 

Problemlərə toxunan nazir terrorizmin əfqan xalqına böyük bəlalar gətirdiyini, ölkəmizin də bundan xeyli əziyyət çəkdiyini xatırladaraq transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotika qaçaqmalçılığı ilə mübarizənin həmişə diqqət mərkəzində durduğunu, belə qlobal xarakterli təhlükələrə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Göstərilən istiqamətdə iki ölkənin müvafiq strukturları arasında saziş layihəsinin hazırlanaraq aidiyyəti orqanlara təqdim edildiyi səfirin nəzərinə çatdırılıb. 

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Mohammad Taqi Xalil dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnun qaldığını, hələ 20 il öncə tələbə ikən bir müddət ölkəmizdə olduğunu, ötən illər ərzində Azərbaycanın inanılmaz dərəcədə dəyişərək gözəlləşdiyini və inkişaf etdiyini, sabitlik, təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətlərinə nümunə ola biləcəyini bildirib, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

1news.az

Paylaş:
555

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər