Elmar Məmmədyarov GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib

18:55 - 08 / 02 / 2016
Elmar Məmmədyarov GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib

Görüşdə Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu.

1news.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov hal-hazırda GUAM-a sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğuladı.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
624

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər