Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib – FOTO

1news Redaksiyası09:22 - 09 / 02 / 2016
Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib – FOTO

Makedoniyanın paytaxtı Skopyedə Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə “Sivilizasiyalararası Dialoq- Qarşıdakı Yol” mövzusunda konfrans keçirilib.

1news.az-ın məlumatına görə, konfransda Makedoniya prezidenti George İvanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansının Makedoniyadakı xüsusi elçisi Darko Kostadinovski, Skopye Universitetinin  professoru Zoran İlievski çıxış edib.

Konfransda  həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, martın 10-11-i Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində olan məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 4-ü Makedoniya Respublikasının prezidenti G.İvanov Nizami Gəncəvi Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İ.Səragəldini qəbul edib.

1news.az

 

Paylaş:
1363

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər