Elmar Məmmədyarov İsveç Krallığının xarici işlər naziri ilə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İsveç Krallığının xarici işlər naziri ilə görüşəcək

1news Redaksiyası11:49 - 09 / 02 / 2016
Elmar Məmmədyarov İsveç Krallığının xarici işlər naziri ilə görüşəcək

Xəbər verdiyimiz kimi, 9-10 fevral tarixlərində İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində M.Vallströmün fevralın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 10 fevral tarixində saat 11:15-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

1news.az

 

Paylaş:
1121

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər