İsveç XİN başçısı: "İsveç Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazırdır" | 1news.az | Xəbərlər
Siyasət

İsveç XİN başçısı: "İsveç Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazırdır"

14:28 - 10 / 02 / 2016
İsveç XİN başçısı: "İsveç Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazırdır"

"İsveç Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla siyasi həllini və danışıqların ATƏT-in Minsk qrupunun çərçivəsində aparılmasını dəstəkləyir".

1news.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Vallstrem Bakıda Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün vacib məsələdir. ATƏT-in Minsk qrupunun həmsədrləri sayəsində yüksək səviyyədə müzakirələrin aparılmasını dəstəkləyirik. Azərbaycanlı həmkarımdan bu münaqişənin həllində İsveçin nə edə biləcəyi ilə maraqlandım. Biz bu məsələdə iştirak etməyə hazırıq. Prosesin əsas iştirakçısı həmsədrlərdir. Lakin münaqişənin sülh yolu həlli üçün iş görməliyik. Beynəlxalq hüququn ərazi bütövlüyü, zorakılığın artmaması və xalqların öz müqəddəratının təyin etməsi kimi prinsipləri nəzərə alınmaqla, problemin həllinə nail olmalıyıq.Güc tətbiq etməmək, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını müəyyən etmək prinsiplərinə riayət etmək lazımdır. Münaqişənin həlli üçün daha geniş formatda görüş keçirilməsinə ehtiyac yaranarsa, biz ATƏT-in Minsk qrupunun üzvü kimi bu görüşdə iştirak etməyə hazırıq ", - deyə Marqot Vallstrem bildirib.

1news.az

Paylaş:
540

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər