Robert Sekuta: “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin bir hissi olaraq işğal altındakı ərazilər qaytarılmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Robert Sekuta: “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin bir hissi olaraq işğal altındakı ərazilər qaytarılmalıdır”

15:59 - 10 / 02 / 2016
Robert Sekuta: “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin bir hissi olaraq işğal altındakı ərazilər qaytarılmalıdır”

“Konqresmen Şiffin etdiyi söhbətlərdən agah deyiləm və bu barədə şərh verə bilməyəcəyəm”.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta amerikalı konqresmen Adam Şiffin Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolu olması barədə açıqlamasını şərh edərkən deyib.

O, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşması barədə etdiyi bəyanatı təkrarlayıb: “Münaqişənin hərtərəfli həllinin bir hissi olaraq işğal altında olan ərazilər qaytarılmalıdır. Həmçinin sözügedən hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın statusu da müəyyənləşdiriləcək”.

Amerikalı ermənipərəst konqresmen Adam Şiff qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib, bildirib ki, qətnamə müzakirə edilməmişdən əvvəl o, ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət edib və həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini deyiblər.

Qeyd edək ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.

1news.az

 

Paylaş:
529

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər