İsveçli nazir Leyla və Arif Yunusların azadlığa buraxılmalarını alqışlayır | 1news.az | Xəbərlər
Siyasət

İsveçli nazir Leyla və Arif Yunusların azadlığa buraxılmalarını alqışlayır

16:59 - 10 / 02 / 2016
İsveçli nazir Leyla və Arif Yunusların azadlığa buraxılmalarını alqışlayır

İsveç Azərbaycan hökumətinin hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusun azadlığa buraxılması ilə bağlı qərarını alqışlayır. 

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda keçirilən mətbuat konfransı zamanı İsveçin xarici işlər naziri Marqot Vallström bildirib.

Nazir qeyd edib ki, humanistlik istənilən cəmiyyətdə böyük əhəmiyyətə malikdir. Eyni zamanda o bu, tendensiyanın Azərbaycanda saxlanılmasına ümid etdiyini də bildirib.

Xatırladaq ki, Leyla Yunus və Arif Yunusla bağlı məhkəmə prosesi ötən ilin iyulun 15-də başlanılmışdı. Avqustda isə onlara qarşı ittiham irəli sürülmüşdü: Arif Yunus 7 il, Leyla Yunus isə 8,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdılar. Onlara qarşı: dövlətə xəyanət, dələduzluq, qeyri-qanuni sahibkarlıq, vergidən yayınma və saxta sənədlərlə bağlı ittihamlar irəli sürülmüşdü.

Lakin 2015-ci ilin dekabrında məhkəmə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı cəzanı 5 il sınaq müddətinə dəyişdirdi. O, məhkəmə zalından azadlığa buraxıldı. Onun həyat yoldaşı – fəal vətəndaş Arif Yunusa qarşı da cəza tədbiri 5 il sınaq müddətinə ev dustaqlığına dəyişdirildi.

Daha əvvəl Leyla Yunusla bağlı dəyişdilən qərarı bir sıra aparıcı ölkələrin və əsas beynəlxalq təşkilatların nümayəndələri də alqışlamışdılar.

1news.az

Paylaş:
776

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər