İsveçin xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçin xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib – FOTO

1news Redaksiyası12:18 - 10 / 02 / 2016
İsveçin xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Azərbaycanda səfərdə olan İsveçin xarici işlər naziri xanım Marqot Vallström fevralın 10-da Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazirə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

1news.az

Paylaş:
966

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər