ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

19:44 - 11 / 02 / 2016
ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Kristian Vigenin ATƏT PA-nın sədri İlkka Kanevra tərəfindən assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montellanın Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya ünvanladığı təşəkkür məktubunda qeyd edilir.

Bildirilir ki, yeni nümayəndə region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcək və bu işi daha da canlandıracaq.

Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycanla əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini bildirir.

Qeyd edək ki, indiyədək ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş olub.

1news.az

 

Paylaş:
805

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər