Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşüb

22:14 - 12 / 02 / 2016
Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekutanı qəbul edib.

1news.az-ın məlumatına görə, görüşdə ABŞ və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Azərbaycanın mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Səfir R.Sekuta Azərbaycanda Amerika Günlərinin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səfirliyə dəstək göstəriləcəyinə ümidini ifadə edib.

Nazir Ə.Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə ABŞ rəsmilərinin dəvət olunduğunu qeyd edərək,  ABŞ-ın Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.

Görüş zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Nazir turizm sahəsində əməkdaşlığın vacib olduğunu bildirib, həmçinin Ümumdünya Turizm Təşkilatı tərəfindən “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnamə qəbul edildikdən sonra Ermənistanın turizm stendlərində Qarabağla bağlı təbliğatın qarşısının alındığını qeyd edib və bu məsələdə ABŞ Səfirliyi tərəfindən müvafiq köməklik göstəriləcəyinə inamımı ifadə edib.

1news.az

 

Paylaş:
731

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər