Avstriya qəzeti: Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Avstriya qəzeti: Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmır - FOTO

23:22 - 15 / 02 / 2016
Avstriya qəzeti: Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmır - FOTO

Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzetinin internet saytında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla söhbət əsasında hazırlanmış məqalə verilib.

Məqalənin müəllifi Martin Rixter qeyd edir ki, enerji sektorunun uzunmüddətli inkişafa malik olduğu Azərbaycan neftin qiymətinin kəskin düşməsini öz iqtisadiyyatı və dövlət büdcəsi üçün ciddi təhlükə hesab etmir.

Dünyada baş verən maliyyə böhranının Azərbaycandan da təsirsiz ötüşmədiyini deyən Araz Əzimov ölkəmizdə onun təsirinin minimuma endirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin “Biz nefti unutmalıyıq” fikrini xatırladan nazir müavini hökumətin qarşısında iqtisadiyyatın digər sektorlarına diqqəti artırmaq, xüsusilə elmi-innovativ sahələri inkişaf etdirmək tapşırığının durduğunu qeyd edib.

Vurğulanıb ki, regionlarda yerli resurslar əsasında ixracat üçün məhsullar istehsal edən sənaye zonalarının yaradılması, prioritet iqtisadi istiqamətlər üzrə sahibkarlara vergi güzəştlərinin tətbiqi və lazımsız nəzarət mexanizmlərinin ləğv edilməsi iqtisadi inkişafa təkan verəcək.

Məqalədə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycanın regiondakı siyasi proseslərə verdiyi qiymət və tutduğu mövqe barədə fikirlər də yer alıb.

AZƏRTAC

Paylaş:
700

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər