Səfir Hidayət Orucov Qırğızıstanın “Dostluq körpüsü” proqramının qonağı olub | 1news.az | Xəbərlər
Siyasət

Səfir Hidayət Orucov Qırğızıstanın “Dostluq körpüsü” proqramının qonağı olub

12:08 - 16 / 02 / 2016
Səfir Hidayət Orucov Qırğızıstanın “Dostluq körpüsü” proqramının qonağı olub

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkənin İctimai Teleradio Yayım Korporasiyası – KTRK kanalında yayımlanan “Dostluq körpüsü” proqramının qonağı olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, səfir müsahibəsində Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlər, ulu öndər Heydər Əliyevin Qırğızıstana və qırğız xalqına münasibəti, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun Azərbaycan haqqında fikirləri və digər məsələlər haqqında söhbət açıb.

O deyib ki, ulu öndər Heydər Əliyev türkdilli ölkələrlə qardaşlıq münasibətlərinin yaranması və inkişafı üçün böyük işlər görüb. Diplomat Heydər Əliyevin qırğız xalqına xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

“Ümummilli lider Heydər Əliyev deyirdi: Manasın dili bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”, - deyə səfir bildirib.

H.Orucov Çingiz Aytmatovla bağlı suala cavabında qeyd edib ki, XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük insan bəxş edib – siyasətdə Heydər Əliyevi, ədəbiyyatda Çingiz Aytmatovu.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı iqtisadi islahatlar həyata keçirilir və dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna sərmayə yatırılıb və bu proses davam edir. Onun sözlərinə görə, enerji ehtiyatlarının satışından əldə edilən aktivlərin insan kapitalına sərmayə qismində yatırılması ölkəmizə iqtisadiyyatı şaxələndirmək imkanını verib.

H.Orucov qeyd edib ki, Azərbaycanın və Qırğızıstanın dövlət başçıları İlham Əliyevin və Almazbek Atambayevin rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələr, dostluq və qardaşlıq münasibətləri getdikcə möhkəmlənir və bu da əməkdaşlığın dinamik inkişafına təkan verir.

Diplomat bildirib ki, Prezident İlham Əliyev onu 70 illiyi münasibəti ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edib, dövlət başçısı Almazbek Atambayev də bu münasibətlə təbrik məktubu göndərib. Səfir bütün bunların onun üçün böyük fəxr olduğunu bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu xətt Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

Bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğızıstanın İctimai Teleradio Yayım Korporasiyası arasında əməkdaşlığa start verilməsi sevindirici haldır. Səfir KTRK-nın “Azərspace-1” peykindən istifadəyə başlamasını yüksək qiymətləndirib və Qırğızıstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini vurğulayıb.

Diplomat ulu öndər Heydər Əliyev haqqında filmləri yaydığına və səfirliyin tədbirlərini işıqlandırdığına görə kanala təşəkkürünü bildirib.

1news.az

 

Paylaş:
875

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər