Elmar Məmmədyarov: “Azərbaycanın Suriyada islam antiterror koalisiyasına qoşulmasına hələ ki, qərar verilməyib” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Azərbaycanın Suriyada islam antiterror koalisiyasına qoşulmasına hələ ki, qərar verilməyib”

14:52 - 18 / 02 / 2016
Elmar Məmmədyarov: “Azərbaycanın Suriyada islam antiterror koalisiyasına qoşulmasına hələ ki, qərar verilməyib”

Hələ ki, Azərbaycanın Suriyada islam antiterror koalisiyasına qoşulmasına qərar verilməyib.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, digər nazirliklərlə AR-in bu koalisiyada iştirak forması müzakirə olunmalıdır.

“Azərbaycanın Suriyada antiterror islam koalisiyasında iştirakı məsələsi müzakirə mərhələsindədir”,- deyə nazir qeyd edib.

1news.az

 

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər