Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

11:12 - 18 / 02 / 2016
Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Zakir nov rkiyənin Ankara şərində dilmiş xain terror aktı ticəsində lak olanlarla bağrkiyənin Milli dafiə naziri nab İsmət lmaza qardaş ölkənin Baş rargah isi ordu generalı Hulusi Akara başsağlığı ktubları ünvanlayıb.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məktublarda bildirilir: "Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm".

1news.az

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər