Səfir: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir”

12:06 - 19 / 02 / 2016
Səfir: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir”

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovla görüşüb. Yeni təyinatı münasibətilə səfiri təbrik edən komissiyanın sədri ona fəaliyyətində uğurlar arzulayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Parlamentə növbədənkənar seçkilərə hazırlıqla bağlı məlumat verən K.Turqankulov seçicilərin müəyyənləşdirilməsi, seçki prosesinin şəffaf və azad şəraitdə keçirilməsi, informasiya təminatının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər aparıldığını bildirib.

Martın 21-də Qazaxıstan Xalqları Assambleyasının xətti ilə Qazaxıstanda yaşayan etnik azlıqların nümayəndələrindən də Məclisə əlavə 9 üzvün seçilməsi və bununla bütün xalqların Qazaxıstan parlamentində təmsil olunmasının təmin edildiyi vurğulanıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir Rəşad Məmmədov Qazaxıstanın demokratik ənənələrə sadiq qalaraq növbəti seçki prosesinin də uğurla həyata keçəcəyinə əmin olduğunu vurğulayıb. Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətlərindən söhbət açan diplomat Qazaxıstan və Azərbaycan xalqlarının tarixən dost və qardaş xalqlar olduğunu qeyd edib. O, Qazaxıstanda və ölkəmizdə bir çox millətlərin sülh və qarşılıqlı etimad şəraitində yaşamasının zəngin tolerantlıq və multikulturalizm ənənələrindən irəli gəldiyini qeyd edib.

Səfir müxtəlif millətlərin sülh şəraitində yaşamasının və onların cəmiyyətə tam hüquqlu inteqrasiyasının təmin edilməsi baxımından Prezident Nursultan Nazarbayev tərəfindən irəli sürülən Qazaxıstan Xalqları Assambleyasının dünyada unikal bir institut olmasını vurğulayıb.

“Bu gün Qazaxıstanda rəsmi olaraq 130 mindən çox azərbaycanlı yaşayır. Səsvermə hüququ olan azərbaycanlılar seçkilərdə fəal iştirak edirlər,” - deyən səfir bildirib ki, Qazaxıstanda bütün xalqlar kimi azərbaycanlılar üçün də yüksək şərait yaradılıb. Bu, onu göstərir ki, xalqlarımız tarixi, mədəniyyəti və ənənələri ilə bir-birinə sıx bağlıdır.

Səfir ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi zəruriliyindən danışıb. Bildirib ki, seçki prosesini izləmək üçün Azərbaycandan böyük tərkibdə nümayəndə heyəti də gələcək.

Səfir iki ölkə arasındakı əlaqələrin hazırkı durumunun məmnunluq doğurduğunu qeyd edib. Bildirib ki, hazırda Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır və iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
876

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər