Azərbaycan Prezidenti İrana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı, fevralın 23-də İran İslam Respublikasına səfər edəcək.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Irna İran dövlət agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, səfər haqda İranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı açıqlanıb. Nazirlərin görüşü fevralı 21-də keçirilmişdi.
M.Vaezinin sözlərinə görə, bu, Azərbaycan dövlət başçısının İrana üçüncü səfəri olacaq:
“Səfər çərçivəsində Azərbaycan Prezidentini rəsmi şəxslərdən ibarət geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək”.
Həmçinin nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıqla bağlı 11 sənədin imzalanması gözlənilir.
1news.az