Fransa Senatının üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar | 1news.az | Xəbərlər
Siyasət

Fransa Senatının üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar

23:04 - 22 / 02 / 2016
Fransa Senatının üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar

Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyəti fevralın 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

1news.az-ın məlumatına görə, komitə sədrinin müavini Gəray Fərhadov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ağır nəticələri barədə məlumat verib.

Bildirilib ki, bu münaqişə XX əsr Azərbaycan tarixinin ən ağır dövrü kimi tarixə düşüb. Ermənilərin öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiklərini bildirən komitə sədrinin müavini deyib ki, 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi şəkildə qətlə yetirilib. Onların yaşadıqları kəndlər talan edilib, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınıb.

Ermənilərin növbəti çirkin əməlləri isə 1948-1953-cü illərə təsadüf edir. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilib, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyona yaxın azərbaycanlının məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını faktlarla diqqətə çatdıran komitə sədrinin müavini Xocalı soyqırımı barədə də Fransa Senatının üzvlərinə məlumat verib.

Azərbaycan Hökumətinin əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər gördüyünü vurğulayan G.Fərhadov qeyd edib ki, bu günədək məcburi köçkünlər üçün 96 müasir infrastruktura malik qəsəbə inşa olunub. Bu qəsəbələrə ağır şəraitdə yaşayan 49 min məcburi köçkün ailəsi köçürülüb.

Sonra qonaqlar Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıblar.

Fransa Senatının üzvləri Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaradılan şəraitlə də tanış olublar.

1news.az

 

Paylaş:
553

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər