Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı yanlış xəritə BMT qurumunun saytından götürülüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı yanlış xəritə BMT qurumunun saytından götürülüb - FOTO

15:04 - 23 / 02 / 2016
Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı yanlış xəritə BMT qurumunun saytından götürülüb - FOTO

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (İP) tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytındakı xəritə dərhal götürülüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu haqda BAMF-ın mətbuat xidmətindən bildiriblər ki, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun rəsmi internet səhifəsində (http://www.sdgfund.org/current-programmes) yerləşdirilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altındakı digər yeddi rayonunun adları erməni dilində təqdim edilmişdi.

BAMF-ın etiraz bəyanatında bildirilib ki, Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində təqdim edilməsi ədalətsizlikdir. Bunu əsas gətirən BAMF BMT-nin qurumunun yaydığı rəqəmsal xəritədə yol verilən yanlışlığın aradan qaldırılmasını tələb edib.

1news.az

Paylaş:
731

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb

12 / 03 / 2025, 17:42
Bütün xəbərlər