Erməni işğalından Azərbaycana dəyən zərər bu günə qədər 828 milyard dollar həcmində qiymətləndirilir
Azərbaycan həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə görə bu gün də itkilərlə üzləşir.
Bunu Avrasiya İttifaqının Qiymətləndiricilər Birliyinin idarə heyətinin sərdi, Azərbaycan ərazilərinin Erməni işğalından aldığı zərərin qiymətləndirilməsi işçi qrupunun rəhbəri, milli məclisin deputatı Xanhüseyn Kazımov deyib.
“Azərbaycanın itkiləri çoxdan başlayıb, yəni 40 min erməninin İrandan, 80 min erməninin isə Türkiyədən bizim ən məhsuldar torpaqlarımıza köçürüldüyü zamandan başlayıb”,- deyə, X.Kazımlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə deyib. Tədbir erməni işğalı nəticəsində Azərbaycan itkilərinin hesablanması metodologiyası və qiymətləndirmə fəaliyyətinin təşkilinə həsr olunub.
“Bu münaqişənin həll olunmaması bizə hər gün itkilər gətirir. İtkilərimiz təkcə qaynar fazada dəyən zərərlə məhdudlaşmır. Hətta bu gün təmas xəttində baryerin tikilməsi də itkidir. Bu vəsait inkişafa, iqtisadiyyatın hansısa sahəsinə investisiya kimi qoyula bilərdi”,- deputat qeyd edib.
Qeyd edək ki, Azərbaycana ərazilərimizin erməni təcavüzü və işğalı nəticəsində dəyən zərərin hesablanması üzrə işçi qrup ölkə prezidenti İlham Əliyevin 26 fevral 2014-cü il sərəncamı ilə yaradılıb.
Öz növbəsində QHT “MBA LTD”-nin rəhbəri, işçi heyətə daxil olan Nüsrət İbrahimov işçi heyət tərəfindən tətbiq olunan itkinin qiymətləndirilməsi metodologiyasının doğru olduğunu qeyd edib. Bu metodologiya öz ölkəsində aqressiya və işğal problemi ilə qarşılaşan dünya ölkələrinin- Gürcüstan, Kuveyt, Kiprin təcrübəsinə əsaslanır.
Tədbirdə o da qeyd olunub ki, indiyə qədər Azərbayacan 828 milyard dollar həcmində zərər dəyib, lakin yekun qiymət müharibə bitəndən, Bakı və Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra müəyyən olunacaq. O zaman kompensasiya məbləği təqdim olunacaq ki, bu məbləğ ya tərəflər arasında razılaşdırılacaq, ya da beynəlxalq məhkəmə tərəfindən müəyyən olunacaq.
1news.az