Çexiya səfiri gənc azərbaycanlı rəssamları multikulturalizm fəaliyyətinə görə mükafatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Çexiya səfiri gənc azərbaycanlı rəssamları multikulturalizm fəaliyyətinə görə mükafatlandırıb

17:36 - 23 / 02 / 2016
Çexiya səfiri gənc azərbaycanlı rəssamları multikulturalizm fəaliyyətinə görə mükafatlandırıb

Çex Respublikasının Bakıdakı səfirliyində gənc rəssamlara sertifikatlar təqdim olunub

Bu gün Çex Respublikasının Azərbaycandakı səfirliyində gənc rəssamlar bülleten və multikulturalizmə verdikləri töhfəyə görə sertifikatlarla təltif olunub.

1news.az xəbər verir ki, tədbirdə Çex səfiri Vitezslav Pivonka, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Bəxşəliyev, Ombusman Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Zaur Məmmədli, gənc rəssamlar və media nümayəndələri iştirak ediblər.

Gənc rəssamları təbrik edən V. Pivonka qeyd edib, onların rəsmləri Çex cəmiyyətinin Azərbaycanla bağlı daha çox məlumat əldə etməsinə şərait yaradıb.

"Qarşılıqlı münasibətlərimiz dərin ənənələrə dayanır. XIV əsrdən başlayan münasibətlər filosoflar, diplomatlar və tacirlərin sayəsində qurulub. Hazırda isə bu işi siz davam etdirirsiniz", - deyə səfir gənc rəssamlara müraciətində bildirib.

“Siz Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaratdınız. Sizin hər bir rəsminiz vətəninizin bir parçasını çexiyalı tamaşaçıya nümayış etdirib”, -deyə, səfir bildirib.

1news.az

Paylaş:
761

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər