Federika Mogerini və Maroş Şevçoviç Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Bakıya gəlir.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu haqda Aİ-dəki mənbədən məlumat verilib.
Məlumata görə, o, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısına qatılacaq. Səfər çərçivəsində F.Mogerininin rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulur.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç də Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
1news.az
780