Hikmət Hacıyev: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”

16:10 - 24 / 02 / 2016
Hikmət Hacıyev: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikri Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tanınmamış Abxaziya respublikasının qondarma “Dağlıq Qarabağ” ilə vizasız rejimə keçməsi barədə məsələni şərh edərkən bildirib.

“Bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi Bəyannaməsində öz əksini tapıb”, - H.Hacıyev bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, XİN Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır.

Xatırladaq ki, daha əvvəl tanınmamış Abxaziya respublikası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ” ilə vizasız rejimə keçməklə bağlı niyyətini bildirmişdi.

H.Hacıyev deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur:

“Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan başqa hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var”.

1news.az

 

Paylaş:
932

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər