Səfir: “İran Xudafərin körpüsünü təmir edəcək”
İran Xudafərin körpüsü və digər tarixi abidələri bərpa edəcək.
1news.az xəbər verir ki, bunu Bakıda mətbuat konfransı zamanı İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə bu AR və İran arasında Xudafərin və Qız qalası bəndlərinin tikintisi ilə bağlı imzalanmış sazişdə öz əksini tapıb.
“Bu razılaşma siyasi və tarixi əhəmiyyət daşıyır”,- deyən səfir qeyd edib ki, bu tarixi abidələr birgə tarixi miras kimi qorunacaq.
Xatırladaq ki, Xudafərin körpüsü XII—XIII əsrlərə aid nadir memarlıq abidəsidir. O, Araz çayının şimal və cənub sahillərini birləşdirir.
Hal- hazırda bu ərazi erməni işğalı altındadır.
1news.az
794