Möhsün Pakayin: “Azərbaycan Prezidentinin İrana səfəri tarixi səfər idi”

“Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri tarixi səfər idi”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərlə mətbuat konfransı zamanı bəyan edib.
Səfirin sözlərinə məlum səfər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün yeni imkanlar yaratdı.
“Səfər çərçivəsində fevralın 23-də 11 sənəd imzalandı. İmzalanmış gömrük, kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə sahəsində əməkaşlığa dair sənədlərin də mühüm əhəmiyyəti var. Digər vacib sənəd isə fövqəladə hallarının aradan qaldırılması sahəsində əməkdaşlıq sazişidir. Burada söhbət xüsusən Xəzər dənizində baş verən fövqəladə halların aradan qaldırılmasından gedir. Həmçinin dəmiryolu şirkətləri arasında da sənədlər imzalandı ki, bunlar “Astara-Astara” dəmiryolu xəttinin çəkilməsi və Astaraçay üzərində körpünün tikintisini ilə bağlıdır.
“Eyni zamanda, iki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, ailə və qadın məsələlərində təcrübə mübadiləsini nəzərdə tutan memorandumlar da imzalanıb”, - o, bildirib.
M.Pakayin qeyd edib ki, SOCAR və İranın "Qədr" şirkəti arasında neft-qaz sahələrinə investisiya ayrılması ilə bağlı anlaşma memorandumu da imzalanıb:
“Əldə edilmiş razılaşmaya əsasən, səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənəddə İranın Sumqayıtda dərman istehsalına başlaması üçün birgə fabrik tikiləcək”.
Səfir sözlərinə görə, hər iki dövlətin prezidentləri ölkələrdə turizmin inkişafı üçün viza rejimi məsələsinin həll olunmasını qeyd ediblər.
Mövzu ilə əlaqədar oxuyun:
İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub
Həmçinin səfir qeyd etdi ki, görüş çərçivəsində hər iki tərəf dünyada islamofobiyanın artmasından narahatdırlar və bu sahədə müvafiq addımların atılmasının vacibliyini vurğulayıblar.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhanini Azərbaycana dəvət edib”, - bildirən səfir qeyd edib ki, son 2 ildə Azərbaycanla İran prezidentlərinin birgə5 görüşü təşkil edilib.
1news.az