Əli Əhmədov: “Azərbaycan Prezidentinin İrana səfəri böyük əhəmiyyət kəsb edir” | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: “Azərbaycan Prezidentinin İrana səfəri böyük əhəmiyyət kəsb edir”

11:58 - 25 / 02 / 2016
Əli Əhmədov: “Azərbaycan Prezidentinin İrana səfəri böyük əhəmiyyət kəsb edir”

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin İrana səfərini şərh edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Ə.Əhmədov bildirib ki, İran və Azərbaycan arasında hər zaman dostluq münasibətləri olub.  

Baş nazirin müavini qeyd edib ki, iki ölkə münasibətlərinin yüksək səviyyədə olmasının ciddi əsasları var:

“İran Azərbaycanın böyük dostu və qonşu olan dövlətdir. İki ölkə arasında çoxlu sayda səfərlər təşkil olunur. Tarixi, etnik, dini əlaqələrimiz də dərin köklərə malikdir. Bütün bunlara görə İranla Azərbaycan arasında münasibətlər hər zaman dostluq və qarşılıqlı etimad prinsipləri əsasında qurulub və indi də həmin istiqamətdə inkişaf etməkdədir”.

Ə.Əhmədov deyib ki, son vaxtlar İrana qarşı sanksiyaların aradan qaldırılması istiqamətində atılan addımların müsbət nəticələr verməsi bu ölkənin dünyaya inteqrasiyası üçün yeni imkanlar yaradıb:

“Bu da İran-Azərbaycan münasibətlərinə müsbət təsirini göstərir. Biz onun tərəfdarıyıq ki, İranla Azərbaycan arasında olan ənənəvi dostluq münasibətləri iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxarsın. Bu baxımdan da Prezident İlham Əliyevin İrana səfəri siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də İran cəmiyyəti bu səfəri yüksək qiymətləndirir. Bu səfərin də yüksək nəticələrinin olacağına hər birimiz inanırıq”.

1news.az

Paylaş:
413

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər