Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq”

16:03 - 26 / 02 / 2016
Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq”

“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda həyata keçmək şərti ilə təxirə salınıb”.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək:

"Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".

Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana bu il fevralın 18-ə planlaşdırılan səfəri Ankarada törədilən terror aktı səbəbindən təxirə salınıb.

1news.az

Paylaş:
514

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər