Polşanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Polşanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

17:18 - 26 / 02 / 2016
Polşanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

Polşanın sabiq prezidentləri Aleksandr Kvasnevski və  Branislav Kamarovski martın 10-da Bakıya səfər edəcəklər.

1news.az-ın məlumatına görə, səfərin məqsədi  martın 10-11-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan  IV Qlobal Bakı Forumunda iştirak etməkdir.

Sabiq prezidentlər “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumun işində  münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi  bir çox qlobal məsələlərin müzakirəsinə qatılacaqlar.

Qeyd edək ki, Nizami Gəncəbi Beynəlxalq Mərkəzinin üzvü  Aleksandr Kvasnevski ötən il Bakıda keçirilən III Qlobal Bakı Forumunda da iştirak edib. Aleksandr Kvasnevski  1995-2005-ci illərdə Polşa Respublikasının prezidenti seçilib. Branislav Kamarovski isə 2010-2015-ci illər ərzində Polşaya rəhbərlik edib.

1news.az

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər