Aydaho Xocalı qətliamını pisləyən 21-ci ABŞ ştatı oldu - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Aydaho Xocalı qətliamını pisləyən 21-ci ABŞ ştatı oldu - FOTO

09:35 - 26 / 02 / 2016
Aydaho Xocalı qətliamını pisləyən 21-ci ABŞ ştatı oldu - FOTO

ABŞ-ın Aydaho ştatının qubernatoru K.L. Buç Otter xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqdaAzərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Qeyd edək ki, bu bəyannamə, Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.

Sənəddə 24 il əvvəl –1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin, qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.          

Bəyanamə, eyni zamanda Aydaho ştatının dövlət katibi Lorens Deni tərəfindən də imzalanıb.

Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.

1news.az

Paylaş:
971

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər