İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO

16:03 - 25 / 07 / 2016
İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO

Ermənistdanda  Polisin Post Patrul Xidməti (PPX) ərazisində bir sutkadan artıq qalan silahlı qruplaşmanın üzvlərini elektrik, ərzaq, tibbi xidmətdən məhrum edilib. Ötən gecə isə onların telefon əlaqəsi də kəsilib.

Bu haqda iyulun 25-də səhər Horenasi küçəsində jurnalistlərlə mətbuat konfransı zamanı “Təsisedici parlament” radikal müxalifət partiyasının üzvü Alek Eniqomşyan bildirib. 

Onun sözlərinə görə, hazırda vəziyyətin gərginləşməsinə və uğursuz danışıqlara aparan hökumətin fəaliyyətindən bəhs etmək olar. Yuxarıda qeyd olunanlardan başqa, əraziyə yaxınlaşaraq divarların uçurulması da təklif olunub. Səhər hərbi vertolyot aşağı səviyyədə PPX-nin ərazisinə uçdu:

“Bu cür hallar vəziyyətin daha da gərginləşməsinə aparır. İstənilən an ciddi hadisələr baş verə bilər. Lakin ümid edirik ki, iqtidar ağıllı addım ataraq erməni polisi ilə erməni xalqı arasında qan tökülməsinə imkan verməyəcək”.

Koordinasiya şurasının təşəbbüs qrupu adından bəyanatı Albert Baqdasaryan oxuyub. Radikal müxalifətçilər “xalqın üsyan etmək hüququ, hökumətin isə beynəlxalq hüquq normalarına riayət etməyərək cavanları acından öldürməsindən danışırlar”. Müəlliflər hesab edir ki, silahlı hücumun nə dərəcədə beynəlxalq hüquq normalarına uyğun olduğunu dəqiqləşdirmir.

Həmçinin onlar axıdılan bütün qanların məsuliyətini prezident Serj Sarkisyanın üzərinə atır, eləcə də saat 20.00-dək silahlı qruplaşmanın bütün üzvlərini ərzaq, su, tibbi ləvazimatlar və tibbi yardımla təchiz edilmsini də tələb ediblər. Həmçinin radikallar bütün erməni xalqını bu gecə Horenasi küçəsinə toplaşaraq gələcək fəaliyyət bağlı qərar qəbul etməyə çağırıblar.

Bəyanatda həmçinin İrəvana akkreditə olunmuş əcnəbi səfirlərə, beynəlxalq təşkilatlara, Qırmızı Xaç Beynəlxalq Komitəsinə yaranmış mürəkkəb vəziyyətdən dinc yolla çıxmaqda vasitəçi olmaq da səslənib.

“Biz itaətsizlik prosesinə başlayacağıq, silahlı qarşıdurmanı vətəndaş və siyasi istiqamətə yönəldəcəyik. İrəvanda müqavimətin çoxsaylı mərkəzləri yaranır”, - bunu silahlı qruplaşmanın müxalifətçi üzvləri və tərəfdarları hədələyib.

Xatırladaq ki, İrəvanda PPX-nın tutulması iyulun 17-si səhər baş verib.

Mövzu ilə əlaqədar oxuyun:

İrəvanda polis bölməsində girov götürülən şəxslərdən biri azad edilib – FOTO – YENİLƏNİB

İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb

İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir

News.am

Paylaş:
1165

Son xəbərlər

Şuşada “ASAN xidmət” mərkəzinin açılacağı vaxt bəlli olduBu gün, 11:55Oğuzda əl qumbaraları və sursat aşkarlanıbBu gün, 11:43Mərkəzi Bank “Atəşgah Həyat”ın vəzifəli şəxsini cərimələyibBu gün, 11:35Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar - VİDEOBu gün, 11:25Mayın 11-12-də maqnit qasırğası gözlənilirBu gün, 11:01Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirilib - FOTOBu gün, 10:58Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edibBu gün, 10:44Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcəkBu gün, 10:28Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı yelkənli qayıqların paradı təşkil olunub - FOTO - VİDEOBu gün, 10:18Ölkə sərhədlərini aşan startaplarımızBu gün, 10:13Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTOBu gün, 09:59Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıbBu gün, 09:56Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıbBu gün, 09:49Azərbaycan XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edibBu gün, 09:43AMB 10 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:28İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım edibBu gün, 09:20Bakının iki rayonunda qaz olmayacaqBu gün, 09:18Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdürBu gün, 09:12Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşübBu gün, 09:11Bakıda mənzildən meyit tapılıb09 / 05 / 2024, 18:06
Bütün xəbərlər