Yaponiyada 9,1 ballıq zəlzələ anonsu həyatı iflic etdi - FOTO
Yaponiya Metereologiya Mərkəzi yerli vaxtla 17:09-da paytaxt Tokio və ətrafındakı Kanto bölgəsində Rixter şkalası ilə 9,1 bal gücündə zəlzələ olacağını elan etmişdi.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, bu anonsdan sonra insanlar təlaş içində təhlükəsiz yerlərə yığışaraq gözləmədə qalıblar.
Şəhərdəki bütün qatar reysləri təxirə salınıb, işıq və su verilişi dayandırılıb. 40 milyona yaxın insan saatlarla həyəcan içində anons edilən vaxtı gözləyiblər. Sonda isə zəlzələ anonsunun yanlış verildiyi açıqlanıb və insanlar normal həyatlarına davam ediblər.
Məlumata görə, yanlış anons 2007-ci ildə qurulmuş zəlzələ məlumat sisteminin səhv siqnal ötürməsi səbəbindən olub.
Qeyd edək ki, Yaponiyada 2011-ci ildə baş vermiş 9 bal gücündəki zəlzələ zamanı 15 mindən çox insan ölmüşdü.
1news.az