Ərdoğan: Türkiyəyə qarşı beş terror təşkilatı əməkdaşlıq edir
Hazırda Türkiyəyə qarşı beş terror təşkilatı birləşərək əməkdaşlıq edir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Meksikanın “Televisa” telekanalına müsahibəsində bildirib.
PKK ilə dövlət çevrilişinə cəhd arasında əlaqələrin olub-olmaması sualına cavab verən Ərdoğan bildirib ki, regionun beş ən iri terror təşkilatı Türkiyəyə qarşı əməkdaşlıq edir.
“PKK, FETÖ, İŞİD, PYD (Suriyanın “Demokratik birlik” partiyası) və YPG (Suriyada xalq özünümüdafiə kürd dəstəsi) – bütün bu beş təşkilatlar bir-birilə əlaqəlidir və Türkiyəyə qarşı birgə mübarizə aparırlar. Onların öz aralarında hansı vəzifələri bölüşdürməsinin nəticəsini son seçkilərdən şahid olduq”.
Əlbəttə ki, Ankaranın amansız mövqeyi terrorçuları məhv edir:
“Son ana qədər terrorizm təzahürləri ilə mübarizə aparacağıq. Nümunə üçün, Pensilvaniya ştatında Fəthulla Gülən bəyan etdi ki, guya Türkiyə İŞİD terrorçularına yardım edir. Bu, Ankaranın terrorçuarla apardığı qərarlı mübarizəsilə eyni vaxtda bəyan edilib. Mən Obamanı şəxsən xəbərdar etmişəm. Əgər siz Suriyanın Kobani rayonuna silah göndərsəniz bunun bir hissəsi PYD və YPG terrorçularının, digər hissəsi isə İŞİD-in əlinə keçəcək. Nəticədə hər şey mən dediyim kimi oldu. Baxmayaraq ki, Türkiyə bu haqda dəfələrlə xəbərdaqlıq etmişdi”.
Prezident qeyd edib ki, terror təşkilatları arasıdan fərq qoymaq kökündən yanlışdır:
“Biz terrorun bütün təzahür formalarını qınayırıq və heç bir terror təşkilatı arasında fərq qoymuruq. İŞİD-ə qarşı mübarizə aparan terror təşkilatını da “yaxşı” adlandıra bilmərik. Nəticədə bunlar da terrorçulardır. Buna görə də hər fürsətdə terrorçuların beynəlxalq səviyyədə təyinedilməsinə çağırıram. Əgər buna nail olsaq, o zaman terroçuluqla mübarizədə vahid platforma yarada bilərik”.
Fəthullah Gülənin ekstradisiyası məsələsinə toxunan Ərdoğan bunun Ankara üçün vacibliyini vurğulayıb:
“ABŞ tərəfinə elektron məktub göndərmişik. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ və şəxsi nümayəndəm ilə birlikdə yaxın zamanlarda ABŞ-a səfərləri gözlənilir. Səfər zamanı nümayəndələr terrorçuların əsas rəhbərinin verilməsinin əhəmiyyətini aydınlaşdıracaqlar. Bu, bizim üçün çox vacibdir”.
1news.az