Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

18:06 - 22 / 08 / 2016
Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənovla görüşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, görüşdə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Baş katib Ramil Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünü qeyd edərək toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirdil.

Baş katib Türkiyədə dövlət çevrilişi cəhdinə qarşı Türk Şurası üzv dövlətlərinin nümayiş etdirdiyi qəti mövqe və Türkiyə xalqı həmrəyliyin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Tərəflər BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi məsələsini müzakirə etdilər. Nazir Elmar Məmmədyarov məmnuniyyətlə BMT Baş məclisinin 71-ci sessiyası çərçivəsində Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin toplantısına qatılacağını bildirdi.

Ramil Həsənov Gəncənin 2016-cı il üzrə Avropanın Gənclər Paytaxtı olması ilə əlaqədar 27 sentyabr tarixində Gəncə şəhərində Türk Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclər festivalının təşkil olunması, Azərbaycanın ev sahibliyi ilə yeni əməkdaşlıq sahəsi kimi informasiya və kommunikasiya texnologiyaları üzrə noyabrda nazirlər toplantısının keçirilməsi barəsində məlumat verdi.

Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini qeyd edərək, təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğuladı.

Görüşdə Türk Şurasının BMT yanında müşahidəçi statusu alması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olundu.

1news.az

Paylaş:
676

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər