Elmar Məmmədyarov qeyri-rəsmi görüşlər keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov qeyri-rəsmi görüşlər keçirəcək

10:55 - 31 / 08 / 2016
Elmar Məmmədyarov qeyri-rəsmi görüşlər keçirəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, E.Məmmədyarov 1 sentyabr 2016-cı ildə Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında, 3 sentyabr 2016-cı ildə isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.

Elmar Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

1news.az

Paylaş:
643

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər