Düşmən sutka ərzində atəşkəs rejimini 14 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən sutka ərzində atəşkəs rejimini 14 dəfə pozub

10:14 - 12 / 09 / 2016
Düşmən sutka ərzində atəşkəs rejimini 14 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az 

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər