Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik region üçün ciddi risklər yaradır | 1news.az | Xəbərlər
Siyasət

Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik region üçün ciddi risklər yaradır

Ayşən Salehli13:37 - Bu gün
Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik region üçün ciddi risklər yaradır

"Geniş coğrafiyada baş verən prosesləri müzakirə edərkən hır zaman müsbət inkişaflarla rastlaşmırıq".

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budrislə birgə keçirdiyi mətbuat konfransında deyib.
"İlk növbədə bu, Rusiya–Ukrayna arasında davam edən müharibə və onun böyük bölgə üçün, coğrafiya üçün gətirdiyi çox saylı risklərdir.
Eyni zamanda Yaxın Şərqdəki kifayət qədər gərgin vəziyyətin davam etməsi, İran ətrafındakı vəziyyətin tam stabil vəziyyətə gəlməməsi və bəlli bir risk faktorları da, təbii ki, ciddi narahatçılıq elementləri sırasındadır və bu ətrafda fikir mübadiləsi aparıldı və hesab edirik ki, bu müharibələrin və münaqişələrin son qoyulmasına, onların diplomatik həll yollarının tapılmasına olduqca önəmlidir".

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər