Mənbə: Cəmil Həsənli və Arif Məmmədov Avropada yeni sponsorlar axtarırlar | 1news.az | Xəbərlər
Siyasət

Mənbə: Cəmil Həsənli və Arif Məmmədov Avropada yeni sponsorlar axtarırlar

17:56 - 14 / 09 / 2016
Mənbə: Cəmil Həsənli və Arif Məmmədov Avropada yeni sponsorlar axtarırlar

Müxalifətçi Milli şuranın lideri Cəmil Həsənli rəhbərlik etdiyi qurumun təşkil etdiyi mitinqdə iştirak etməyib. Bunun səbəbi isə C.Həsənlinin digər bir təşkilatın yaranmasında işitirak etməsidir.

Bunu müxalifət KİV-nə müsahibə verən beynəlxalq axtarışda olan Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri Arif Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, AND adını almış qurum “Avropa strukturları ilə koordinasiya məqsədilə” yaradılıb.

Məmmədov bəyan edib ki, C.Həsənli ilə Avropa Şurasında birlikdə müəyyən şəxslərlə Azərbaycan hökumətnə təzyiqlə bağlı imkanları müzakirə ediblər.

Mənbənin məlumatına görə, yeni qurumun yaranmasının başlışa səbəbi – C.Həsənli və onun himayədarı Əli Kərimlinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən gülənçilər şəbəkəsi ilə bağlı əlaqələrinin aşakarlanmasından sonra müxalifətçi təşkilatın fəaliyyətlərinin davam etməsi üçün maliyyə axtarışıdır.

“Bu kanallarla maliyyə əldə etmək indi problemlidir. Yeni maliyyə mənbələri axtarmaq lazımdır. Belə ki, bu adamlar üçün gəlir mənbəyinin mənşəyi fərq etmədiyi üçün onlar hətta açıq surətdə antiazərbaycan qüvvələri ilə də əməkdaşlığa hazırdırlar.

Avropa bələdçi rolunu öz boynuna diplomat Arif Məmmədov götürüb. Belə ki, büdcənin boşaldılması məsələsi ilə o, AŞ nümayəndəliyinin rəhbəri vəzifəsində olarkən fəal surətdə məşğul olurdu. Buna görə də o, hazırda axtarışdadır”, - agentliyin həmsöhbəti məlumat verib.

 “Yeri gəlmişkən, təsadüfi deyil ki, AŞ-da görüşlər məhz Bakıda mitinq olan günə təyin edilmişdi. A.Məmmədovun ehtimalına görə, Cəmil Həsənlinin rəhbərlik etdiyi qrumun onlayn rejimdə “potensialının aşkar nümayişi”  - maliyyə axını artırmaq şansını cəlb edə bilərdi.

Məlumata görə, potensial sponsorlar hətta mitinqdən bəzi epizodları Meydan tv-nin Facebook səhifəsi vasitəsilə birbaşa yayımdan baxıblar. Meydan tv - hazırda ciddi maliyyə problemləri olan,  şübhəli mənşəliAvropa pulları hesabına həyata keçən layihələrdən biridir.

Bir sözlə, müxalifətçilər sponsorlara nümayiş keçirir – bəs baxın görün biz necə koordinasiya ilə yaxşı iş aparırıq. Bizlərə pul yatırmaq olar.

Problem isə ondadır ki, öz tərəfdarlarına nağıl danışan Meydan.tv və ya Arif Məmmədov kimlərlə görüşdüklərini, məhz haradan pul aldıqlarını dəqiqləşdirmirlər.

Bu suallar pərdə arxasında qalır. Görünür ki, onlar nə isə gizlədirlər. Hamımız Meydan.tv-nin təsisçisi olan Emin Millinin layihə hələ ərsəyə gələrkən düşdüyü qalma-qalı yaxşı xatırlayır. O dönəm, o, pul çatışmamazlığı səbəbindən az qala mənzilini satmağa söz verirdi. Sonra isə məlum oldu ki, Emin Milli sponsorlardan əlavə ona təsübkeşlik edən insanlardan da pul alıb. Mənzilini isə, əlbəttə ki, satmayıb. Bunlar hamısı bu tip insanların yanaşmasını əks etdirir – “sizin pullar əvəzinə istənilən şıltaqlığınız”. Və bu “yemliyə” Kərimli və Həsənlinin qoşulmaq istəməsi – olduqca mənalıdır.

“Görünür maliyyə problemləri çox ciddidir”, - deyə agentliyin müsahibi qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına əsasən, Azərbaycan DİN-nin Milli Mərkəzi İnterpol bürosu sabiq diplomat Arif Məmmədovun saxlanılması və istintaqa cəlb edilməsinə yönəlmiş istintaq və əməliyyat-axtarış tədbirləri görür.

Hesablama Palatası tərəfindən aparılan araşdırma, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin fəaliyyətinə ayrılmış büdcə vəsaitlərinin məqsədsiz istifadə hallarını aşkarlayıb.

Bundan əlavə, dövlətə iri miqdarda ziyan vuran, israf və rəsmi sənədlərə yalan məlumat yerləşdirməklə xidməti saxtakarlıq halları, həmçinin digər qanun pozuntuları qeydə alınıb.

Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiya qarşı Baş Mübarizə İdarəsinin apardığı araşdırma zamanı bütün bu faktlar öz təsdiqini tapıb.

Bununla əlaqədar, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (“İri miqyasda mənimsəmə və ya israf”) və 308.2 (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) maddələri üzrə cinayət işi qaldırılıb.

1news.az

 

 

 

 

Paylaş:
1084

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər