Anjey Kaspşik: “Bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Anjey Kaspşik: “Bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur”

20:44 - 05 / 10 / 2016
Anjey Kaspşik: “Bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur”

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik öz mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilmiş növbəti monitorinqlə bağlı bəyanat yayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, A.Kaspşik bəyanatında bildirib ki, həmişəki kimi tərəflər təmas xəttindəki vəziyyət, eləcə də əvvəlki monitorinqdən etibarən atəşkəsin pozulması ilə əlaqədar məlumatı çatdırıb:

“Bu məlumat Minsk Qrupu üzvlərinə, eləcə də həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinə verilib. Mətbuatda bəzi məlumatlar mənim Ofisimin atəşkəsin pozulması hallarını və ya məsuliyyət daşıyan tərəfi qeydə almadığını deyirlər. Ola bilsin ki, onlar bizim heyət üzvlərimizin monitorinq zamanı cəbhə xəttində atəşkəsin pozulmasının qeydə alınmadığı faktına istinad edirlər. Biz ərazidə olan zaman baş verən atəşkəsin pozulması hallarını hər zaman qeydə alırıq. Digər halda yerli hərbçilərin məlumatlarına etibar edirik. Bir daha təkrarlamaq istəyirəm ki, bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur”, - deyə bəyanatda qeyd edilir.  

O həmçinin qeyd edib ki, aprel döyüşlərindən sonra 6 ay ərzində Minsk Qrupu həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesini inkişaf etdirmək üçün mütəmadi çalışıb. O, monitorinqin nəticələri barədə məlumatların bu prosesin mühüm hissəsi olduğunu da qeyd edib.

1news.az

Paylaş:
496

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər