PA rəsmisi: Həmsədrlər indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? – FOTO | 1news.az | Xəbərlər
Siyasət

PA rəsmisi: Həmsədrlər indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? – FOTO

11:08 - 07 / 10 / 2016
PA  rəsmisi: Həmsədrlər indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? – FOTO

Oktyabrın 7-də Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ötən 25 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyini, ancaq bu müddətdə dünyanın keçdiyi yolun ürəkaçan olmadığını söyləyib.

Novruz Məmmədov ötən müddətdə ölkəmizin çətin və ağır sınaqlardan da keçdiyini qeyd edib.

“Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə uğurla irəliyə gedir. Bu gün Azərbaycan balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olmasına öz töhfəsini verir”.

Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir:

“Ölkəmiz, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir”

Novruz Məmmədov qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran ən başlıca məsələ Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir:

“Bu problemin həll olunmaması regionun inkişafı üçün ən başlıca maneədir. BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr beynəlxalq hüququn norma və prinsiplərini təşkil edir”.

“Qəribədir, münaqişənin həlli üzrə vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? Rəsmi Bakı ən mürəkkəb məqamlarda belə konstruktivliyini nümayiş etdirib, sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Gəlin bir anlıq təsəvvür edək ki, guya bu ərazi mübahisəli ərazidir. Bəs işğal olunan yeddi rayon?! Onlara ki Ermənistanın heç bir iddiası yoxdur! Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. İnsan hüquqlarını, ədalət prinsiplərini ortaya qoyan böyük dövlətlər və təşkilatlar əvvəlcə bir güzgüdə özlərinə baxsınlar”, - deyə Novruz Məmmədov.

1news.az

Paylaş:
655

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər